!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya valyutası dollar qarşısında ÇÖKÜR - 32 ilin ən sürətli ucuzlaşması

!Reklam – Yazi

Yaponiya hökuməti dollar qarşısında dəyər itirməkdə davam edən yapon yeninin spekulyativ dəyişkənliyinə qarşı müdaxilə etməyə hazır olduğunu bəyan edib.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, bu barədə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bazarlarda milli valyutanın ucuzlaşması hökuməti və Yaponiya maliyyə orqanlarını narahat edir. Belə ki, yen ABŞ dolları qarşısında son 32 ilin ən sürətli ucuzlaşmasını yaşayır. Sentyabrın sonunda hökumətin “yen al, dollar sat” müdaxiləsi ilə dollar/yen pariteti bir müddət 145 bandının altına düşsə də, həftə sonundan etibarən yenidən 149 bandını sıxışdırır. Yaponiya xarici bazarlarda yenə qeyri-sabitliyə qarşı müvafiq tədbirlər görməyə hazırdır.

Qeyd edək ki, sentyabrın sonunda “yen almaq, dollar satmaq” müdaxiləsi ilə dollar/yen paritetini bir müddət stabilləşdirən mərkəzi hökumətin eyni müdaxiləni təkrarlayacağı gözlənilir.

Gülşən

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv