!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiya və Çin təhlükəsizliklə bağlı danışıqlar aparacaq

!Reklam – Yazi

Yaponiya və Çin yaxın gələcəkdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparmağa ümid edirlər.

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyada çinli həmkarı Van İ ilə görüşdən sonra deyib.

Nazirlər arasında danışıqlar Y.Kamikavanın sentyabrda Yaponiyanın xarici işlər naziri təyin edilməsindən sonra iki yüksək səviyyəli diplomat arasında ilk görüş olub: “Biz təsdiq etdik ki, bir sıra məsələlər üzrə daha sıx ünsiyyətə sadiqik və yaxın gələcəkdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparacağımıza ümid edirik”.

Yaponiya və Çin iqtisadiyyatla bağlı yüksək səviyyəli danışıqlara çalışacaqlarını söyləyən Kamikava, hələ bir tarixin təyin olunmadığını əlavə edib.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv