!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

!Reklam – Yazi

Yaponiya dənizi sahilində Honsyu adasının mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, ölkənin meteorologiya idarəsi bildirib ki, sunami təhlükəsi yoxdur, lakin zəlzələ sahil boyu su səviyyəsində kiçik dəyişikliklərə səbəb ola bilər.

Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında olub. Zəlzələ ocağı təxminən 10 km dərinlikdə yerləşib. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanları Niiqata da daxil olmaqla Yapon dənizi sahillərindəki bir neçə prefekturanın sakinləri də hiss ediblər.
Baş verənlərlə əlaqədar Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisində İşikavada zəlzələ ətrafında vəziyyətin monitorinqi və onun mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin hazırlanması məqsədi ilə mərkəz fəaliyyətə başlayıb.

Mənbə: Kyodo

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv