!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyada 7,4 bala çatan güclü zəlzələlər: Tsunami dalğaları sahilə çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Beş metr hündürlükdəki sunami dalğaları Yaponiyanın qərb sahillərindəki bölgələrə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yerli sakinlərdən dərhal sahilyanı ərazini tərk etmələri və ya binaların damlarına çıxmaları tələb olunub.

İşikava prefekturasında bütün sürətli qatarların hərəkəti dayandırılıb.

***

Yaponiyanın qərbində 7,4 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Bununla belə, ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib – dalğanın hündürlüyü 5 metrə çata bilər.

Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə çağırılıblar.

Eyni zamanda, bu anlarda bütün ölkə ərazisində güclü zəlzələlər barədə xəbərdarlıq sistemi üçüncü dəfə işə salınıb – yerli sakinlərə bildirilib ki, yeni təkanlara hazır olsunlar.

 

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv