Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Yaponiyada yarım milyon ev işıqsız qaldı - SƏBƏB

“Hagibis” qasırğası səbəbindən Yaponiyanın Tiba prefekturasında təxminən yarım milyon evdə elektrik enerjisinin təminatı dayanıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə ölkə paytaxtının operatoru olan “Tokyo Electric Power” şirkəti məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 08:00-da Tiba prefekturasında 480 mindən artıq yaşayış evi elektrik enerjisiz qalıb.

Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan “Hagibis” qasırğası həmçinin dəmiryolu və hava əlaqəsində problemlər yaradıb. Beynəlxalq istiqamətlərdə uçuşlar həyata keçirən aviaşirkətlərin 262 aviareys, daxili istiqamətlərdə uçuşlar həyata keçirən aviaşirkətlərdə isə 1667 aviareys təxirə salınıb.

Qeyd edək ki, “Hagibis” qasırğası son illərin ən şiddətli qasırğası hesab olunur.  Hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.

www.yenicag.az

1589
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM