!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaponiyadan Rusiyaya daha bir qadağa

!Reklam – Yazi

Yaponiya Rusiyaya mühərrikinin həcmi 1.9 litrdən çox olan avtomobillərin tədarükünə qadağa qoya bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Yomiuri” nəşri yazıb.

Məlum olub ki, Yaponiya hökuməti Rusiyaya hibrid avtomobillərin və elektromobillərin tədarükünə qadağa qoymağı da nəzərdən keçirir. Sözügedən tədbirlər xarici ticarət qanunu Yaponiya Nazirlər Kabineti tərəfindən nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra bu ilin avqustunda tətbiq oluna bilər.

Məlumata görə, 2022-ci ildə işlənmiş yapon avtomobillərinin ümumi ixracının 26%-i Rusiyadan gəlib. Belə ki, son 1 il ərzində Yaponiyadan Rusiyaya təxminən 2 milyard dollar dəyərində 200 minə yaxın avtomobil gətirilib.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv