!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaradıcı ailədə kassaya NƏZARƏT: “Əlinə pul düşən kimi…” - Tanınmış aktrisa SİRRİ AÇDI

!Reklam – Yazi

“Kartla alış-veriş həm daha rahatdır, həm pul kisəmdə çox yer tutmur, həm də mənə kəşbeklər qazandırır”.

Bu sözləri ailə kassasına nəzarət haqda danışan tanınmış aktrisa Asya Atakişiyeva-Dadaşova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa əsasən, kartla alış-veriş etməyə üstünlük verdiyini, həyat yoldaşı Əmrahın isə əksinə, kartdan istifadə etmədiyini bildirib:

“Qazancımız evimizdə eyni kassada toplanır. Amma kimə pul lazımdırsa, götürüb xərcləyir. Bununla belə, Əmrahın qazancı daha çox olduğu üçün əsas səlahiyyət də ondadır.

Mən daha çox kartla alış-veriş edirəm. Çünki həm belə daha rahatdır, həm pul kisəmdə çox yer tutmur, həm də mənə kəşbeklər qazandırır. Amma Əmrah məndən fərqli olaraq, nağd alış-verişə üstünlük verir. Hər dəfə maaşını alanda bütün pullarını nağdlaşdırır.

Qənaət məsələsinə gəlincə, o daha çox pul xərcləyir, əlinə pul gələn kimi gedir. Bu da onun əlinin də, ürəyinin də həddən artıq açıq olmasından irəli gəlir. Mən isə əksinə, çox qənaətciləm. Amma bunu simiclik hesab etmirəm”.

Qeyd edək ki, Asya aktyor Əmrah Dadaşovun həyat yoldaşıdır.

Cəvahir

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv