!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaradıcı cameədə genişlənən VERGİ ETİRAZI: “Axı bu aktyordur, sahibkar deyil ki...”

!Reklam – Yazi

“Əslində, yeni qərar bütün kino sahəsinə deyil, yalnız onun bir qolu olan seriallara aid edilib”.

Bu sözləri vergi qanunvericiliyinə edilmiş son dəyişikliyə əsasən, mikrosahibkarlar (VÖEN-lə çalışan bütün fərdlər) üçün müəyyən edilmiş vergilərin 5 faizdən 20 faizə qaldırılmasının yaratdığı çətinliklərdən danışan bir çox yerli serialların rejissoru Şahin Qəhrəman Yenicag.az-a açıqlamasında deyib.

O, sözügedən yeni vergi öhdəliyinin yalnız aktyorlara deyil, yaradıcı və texniki heyətə daxil olan digər çalışanlara da şamil olunduğunu təəssüflə bildirib:

“Bu yalnız aktyorlara şamil olunmur, rejissor, operator və ümimilikdə bütün yaradıcı, həmçinin texniki heyətə ailddir. Əslində, yeni qərar bütün kino sahəsinə deyil, yalnız onun bir qolu olan seriallara aid edilib.

20 faiz vergini hamımızın belinə vrudular. Yəni VÖEN-i olan hər vergi ödəyicisi öz gəlirindən 20 faiz vergi ödəməli, üstəlik də DSMF-yə, icbari tibbi sığortaya ödənişlər etməlidir. Həqiqətən, bu çox acınacaqlı bir durumdur.

Hamıya deyirlər, ya 20 faiz vergini ödə, ya da 3 nəfər işçi götür. Çəkiliş qrupunda neçə nəfər olur ki, VÖEN-I olan hər kəs 3 işçi saxlasın? Axı aktyor niyə 3 işçi tutmalıdır? Bu aktyordur, yaradıcılıqla məşğuldur, sahibkar deyil.

Bu həmçinin digər yaradıcı və texniki heyətə də aiddir. Hamı xidmət göstərir və bunun müqabilində pulunu alır. Niyə kimsə 20 faiz vergi ödəməlidir, yaxud da üç nəfər işçi tutmalıdır? Hansı əsasla?”.

Cəvahir

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv