!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaradıcı insanların “sıxılmış” BAYRAM BÜDCƏSİ: “Kinoya, seriallara müntəzəm çəkilənlər və...”

!Reklam – Yazi

“Yeni ili ürəyi istəyən kimi xarici ölkələrin birində, yaxud da hər hansı restoranda qeyd etməyə hamının imkanı çatmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yaradıcı insanların qarşıdan gələn bayram hazırlığından danışan tanınmış aktyor Əjdər Zeynalov deyib.

Aktyor hər sənət adamının Yeni ili ürəyi istədiyi kimi qeyd etməyə maddi gücünün çatmadığını bildirib:

“Əlbəttə, hər şey qazanca, pula bağlıdır. Maddi durum yaxşı olmalıdır ki, istədiyin kimi bayram əhval-ruhiyyəsini özünə, ailənə yaşada bilərsən. Ya hansısa bir restorana gedəsən, ya Azərbaycanın səfalı rayonlarının birinə, ya da xarici ölkələrə gedib tətil günlərini yaşayasan.

Faizlə götürsək 50-nin 50-yədir. Sənət cameəsindəki insanların 50 faizinin buna imkanı çatır, yerdə qalan 50 faizinin maddi durumu buna imkan vermir. Kim ki yüksək məvacib alır, kinoda, serialda müntəzəm çəkilir, onların qismən də olsa yeni ili belə təmtəraqla qeyd etməyə gücü çatır.

Amma çox adamda bu imkan yoxdur. Reallıq bundan ibarətdir. Bu durumu xarici ölkələrin aktyorları ilə müqayisə etməyə də dəyməz. Çünki onların yaşam səviyyəsi ilə bizim maddi imkanımız arasında fərq yerlə göy qədərdir”.

Cəvahir

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv