!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yaralı idi, üstü qan idi bütün" - Hücumda ölən qadının qızı - VİDEO

!Reklam – Yazi

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

Yenicag.az xəbər verir ki, hadisəyə şahid olan qonşular silahlı hücumun necə baş verdiyini danışıblar. Onlar zərərçəkmiş ailənin çox mehriban insanlar olduğunu, hansısa düşmənlərinin olmadığını bildiriblər.

Ailənin qızı Cansu Karakaş anası, babası və nənəsinin yaralandığını görüb və atasını oyadıb:

“Mən qışqırdım, atam durdu. Getdi baxdı, sonra “siz çölə çıxmayın” dedi. Qurşun kimi bir deşik var idi, mən gördüm. Tez özü götürüb məhrəbanı qoydu… Biz həyətə girəndə gördüm dədəm asfaltda yatır. Nənəmi buradan daşıyanda gördüm. Yaralı idi, üstü qan idi bütün. Mən dədəmi qucaqladım, amma anam məni görmədi. Anama sabahın xeyir deyə bilmədim…”

Qeyd edək ki, hücumda Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb. Bundan başqa, Fərəcova Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Sarıyev Mehman Mahmud oğlu, Sarıyev Etibar Mahmud oğlu, Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı xəstəxanaya yerləşdiriliblər. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır./Baku Tv

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv