!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaralılara təcili qan lazım olduğu ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA

!Reklam – Yazi

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlar yayılıb.

TƏBİB-dən Yenicag.az-a daxil olan məlumata görə, bu kimi məlumatlar əsassızdır.

“Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.

Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi surətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər”, deyə açıqlamada vurğulanıb.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv