!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yararsız “Kənddən Şəhərə” YARMARKASI: “Fermerlər üçün ödənişsiz təşkil olunsa da, buradakı qiymətlər...”

!Reklam – Yazi

“Belə yarmarkaların təşkili bazarda qiymətlərin tənzimlənməsində heç bir rol oynamır”.

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar təşkil olunan və 9-19 mart tarixlərinə qədər davam edəcək “Kənddən Şəhərə” yarmarkasının bazar qiymətlərinə təsiri haqda danışan iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu yarmarkaların təşkilində müəyyən problemlər nəzərə çarpır:

“Açıq desək, “Kənddən Şəhərə” Yarmarkası qeyri-effektiv və populist xarakter daşıyır. Artıq bir neçə ildir ki, bu yarmarkalar təşkil edilib. Lakin belə yarmarkaların təşkili bazarda qiymətlərin tənzimlənməsində heç bir rol oynamır. Hesab edirəm ki, təşkil olunan “Kənddən Şəhərə” Yarmarkası dövlət resurslarının səmərəsiz istifadəsidir.

Yarmarka fermerlər üçün ödənişsiz şəkildə təşkil olunmasına baxmayaraq, buradakı qiymətlər bazar qiymətləri ilə təxminən eynidir. Buna səbəb yarmarkanın qeyri-səmərəli təşkili edilməsidir. Bu yarmarkalar sadəcə, yüzlərlə insanın vaxt itkisinə səbəb olur”.

Nuray Məmmədzadə

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv