!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yardım aldığını imzası ilə təsdiq etdi, sonra isə… - Qaçaqçılıq etmək istəyən diaspor fəalının yalanı ifşa oldu - FOTO

!Reklam – Yazi

Son dövrlər dünyada COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən ehtiyacı olanlara yardımların edilməsi, insanlara mənəvi dəstək göstərilməsi ilə bağlı çoxsaylı yazılara, sosial şəbəkə paylaşımlarına rast gəlinir. Soydaşlarımız müxtəlif ölkələrdə öz evlərini ehtiyacı olanlara verməyə hazır olduğunu bildirir, maddi və ərzaq dəstəyi üçün öz əlaqələrini bəyan edir. Bütün bunlar “Mən Azərbaycanlıyam” deyə qürur duyulacaq nümunələrdir.

Dünyada insanların biri-birinə dəstək olduğu, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq pandemiya ilə mübarizədə birlik nümayiş etdirdiyi bir vaxtda “Ovqat.com” saytında yayımlanan bir yazı diqqətimizi cəlb etdi.

Yazıda Lvov və Xarkovda qalan iki nəfər soydaşımızın “heç bir dəstək verilmir”, “burada bizimlə heç kəs maraqlanmır” və s. kimi qərəzli mövqeyi ifadə olunub.
Araşdırma apararaq, aydınlaşdırdıq ki, Lvovda olduğunu qeyd edən Elvin Rəsulovun şəxsi kart hesabına Ukraynadakı Azərbaycan diasporu tərəfindən iki dəfə vəsait köçürülüb. Elvin öz imzası ilə vəsaiti aldığını da təsdiq edib.
Bıçaq, pistolet və s. silahlar nümayiş etdirərək, təhdidedici mövqe sərgiləyən Elvin Rəsulov bilirmi ki, COVİD-19 ilə bağlı göstərilən dəstəklər zəruri ehtiyaclar üçündür, meşədə, barda məclis qurmaq üçün deyil.
Araşdırmalar onu da göstərir ki, virus probleminin yarandığı gündən müxtəlif ölkələrdə maddi dəstək, gündəlik yaşayış yeri, viza problemi, təxliyyə və s. məsələlərlə bağlı 3600 nəfərə yaxın soydaşımız Azərbaycan diasporuna müraciət edib. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrindən əldə etdiyimiz məlumatlara görə, müraciət edənlərin təqribən 1200 nəfərinin problemi həll edilib. Onlardan 500-ə yaxın şəxsin təxliyyəsi təmin olunub, 700-ə yaxın şəxsə maddi yardım göstərilib.
Ukraynadakı Azərbaycan diasporundan əldə etdiyimiz informasiyaya əsasən bu ölkə üzrə ümumi müraciət edənlərin sayı 715 nəfər təşkil edib. Bunlardan 210 nəfərə maddi yardım edilib, 47 nəfərin isə təxliyyəsi təmin olunub.
Diaspordakı dostların verdiyi məlumata görə, hal-hazırda da Lvovda müalicə və istirahətə gələn 25 nəfər azərbaycanlıya, 6 nəfər tələbəyə (cəmi 31 nəfər) mütəmadi lazımi dəstək göstərilir. O cümlədən, 14 nəfər azərbaycanlı heç bir yardıma ehtiyaclarının olmadığını bildirib.
Eyni zamanda, Ukraynada fəaliyyət göstərən diaspor nümayəndəsi bildirib ki, Ukrayna Azərbaycanlıları Gənclər Radası və Kiyev Azərbaycanlıları Konqresinin “Biz bu virusa qalib gələcəyik! Hər şey yaxşı olacaq!” devizi altında birgə başladığı xeyriyyə tədbirləri çərçivəsində soydaşlarımız Xarkovda 30 aztəminatlı və çoxuşaqlı ailəyə, eləcə də 20 tələbəyə ərzaq yardımı göstərib.
Soydaşlarımız dəstək kampaniyalarının müxtəlif şəhərlərdə davam etdirildiyini və karantin müddətində mümkün dəstəyin göstəriləcəyini də qeyd ediblər.
Bütün bunlara baxmayaraq, maraqlıdır ki, saytlara belə məlumatlar göndərənlərin məqsədi nədir? Ölkə və dünya olaraq, həssas bir dönəmdən keçdiyimiz zaman bu yazılar kimə və nəyə xidmət edir? Və ya bəziləri nədən düşünürlər ki, onlar həmişə qoçuluq edəcək və digərləri abırlarına qısılıb, bunlara söz deməyəcəklər?/Azfakt.com/

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv