!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yardım etməyən türk məşhurlar sosial şəbəkələrdə LİNÇ EDİLDİ: “Sən ancaq konsert olanda...” - FOTO

!Reklam – Yazi

Türkiyədə fevralın 6-sı baş verən zəlzələyə görə türk məşhurlar da yardımlar edərək səfərbər olurlar. Lakin bəziləri dəstək göstərmədiyi üçün kəskin şəkildə qınanıb.

Yenicag.az xəbər verir ki, meqastar Tarkan və aktrisa Serenay Sarıkayanın heç bir kömək etmədiyi iddia edilib.

Aktrisa və müğənni Yeşim Salkım “Twitter”də paylaşım edərək onları tənqid edib. Sənətçi Tarkan haqqında “Sən sadəcə konsert olduğu zaman bu ölkəyə gəlirsən? İndi hardasan?” sözlərini yazıb.

Y. Salkım Serenay Sarıkaya ilə bağlı isə: “Sırf işin olanda video çəkib paylaşırsan, mahnı oxuyursan! Bu ölkənin vətəndaşı deyilsiniz?” – deyə yazaraq təəssüf hissi içində olduğunu qeyd edib.

 

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv