!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yardıma möhtac AİLƏ KÖMƏK İSTƏDİ: “Parklarda gecələyirik, günlərlə ac qalırıq” - FOTO

!Reklam – Yazi

“Uşaqların ataları “türmə”də, anaları da ruhi xəstədir, nəvələrimə mən baxıram ”

Bu sözləri Bakı sakini, himayəsində beş azyaşlı nəvəsi olan Kifayət Abbasova problemlərini Yenicag.az-a a danışarkən deyib.

İki qızı ruhi xəstə, kürəkənləri isə həbsxanada olduqlarından, nəvələrini himayəsinə alan köməksiz qadın xeyirxah insanlardan yardım istəyib:

“Ev-eşiyimiz yoxdur, kirayədə qalırıq. Kirayə pulunu verə bilmirik, on gündən sonra çıxarıb atırlar, yenə də başqa ev axtarırıq. Kirayədə yaşamaq elədir ki, pulunu verə bilmirsənsə, deməli, küçədə qalacaqsan. Elə olub parklarda gecələmişik, günlərlə ac qalmışıq…

Himayəmdə beş uşaq var, onların da ikisi xəstədir. Evdə başıpapaqlı kişi yox, maaş gətirənimiz, işləyənimiz yox, yeməyə çörək tapmırıq… Uşaqların ataları “türmə”də, anaları isə ruhi xəstədir. Nəvələrimə mən baxıram.

Xeyirxah insanlar bir neçə dəfə kirayə pulumuzu verdilər, uşaqlara yemək gətirdilər. İndi yenə çarəsiz qalmışıq, yardım edənimiz yoxdur. Xeyirxah insanlardan kömək istəyirik. Özümün də səhhətim yaxşı deyil. Dünəndən dilimə çörək dəyməyib. Zibil yeşiklərindən butulka yığaraq satıb çörək alırıq. 100 butulkaya iki çörək ala bilirik. Vəziyyətimiz çox acınacaqlıdır”.

Kifayət Abbasova nəvələrinin fotosunu da göndərib: “Uşaqlar məktəbə gedirlər, şəkillərinin yayılmasına görə utanırlar. Ona görə də məktəblilərin yox, balacaların fotolarını çəkib göndərdim”.

 

 

Cəvahir

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv