!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yarım milyon manat borcu olan ASC: Məmmədəli Qocayevin ölkədən çıxmasına STOP qoyulur

!Reklam – Yazi

“Cəlilabad Şərab-2” ASC-nin İdarə Heyətinin sədri Məmmədəli Qocayev məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib.

Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.

Məhkəmə işi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Əgər məhkəmə DVX-nin iddiasını təmin etsə, M.Qocayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşir. 1999-cu ildə yaradılan şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir. M.Qocayev isə bu ilin may ayından şirkətə rəhbərlik edir./İqtisadiyyat.az

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv