!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yarım milyonluq maşında gəzən o deputatlar bir dəfə metroya minsinlər görək...” – Partiya sədrindən ETİRAZ

!Reklam – Yazi

“Bir tərəfdən də adam düşünür ki, Ramiz Mehdiyevin təyin etdiyi deputatlar bundan artıq olmayacaq ki…”.

Bu fikirləri Milli Məclisin bəzi deputatlarının əhalini taksidən yox, ictimai nəqliyyatdan istifadə etmək çağırışına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, belə fikirlərlə xalqı qıcıqlandıran deputatların nə prezidentlə, nə də dövlətlə bağlı təəssübkeşliyi var:

“Bu yolla xalqın narazılığını artırmağa qalxan deputatlar cənab prezidentə xəyanət edənlərdir. Belə olmasaydı, Vahid Əhmədov deməzdi ki, onların cəmi 3-5-ni xalq seçib. O deputatlar özləri bir piyada gəzsinlər, avtobusla, metro ilə getsinlər görək… Hərəsi 300 minlik, 500 yüz minlik maşınlarda gəzir.

Bilirsiniz ki, bu deputatlar xalqın əleyhinə fikir deyirlər, amma nəticədə tənqidlər cənab prezidentə yönəlir. Onların Allahı, vicdanı olmalıdır ki, indiki həssas dönəmdə milləti qıcıqlandırmamalıdırlar. Təhsildə vəziyyət bərbad, deputatın biri taksini pisləyir, digəri qəlyan çəkməkdən danışır… Bir tərəfdən də adam düşünür ki, Ramiz Mehdiyevin təyin etdiyi deputatlar bundan artıq olmayacaq ki…

Hamıya məlumdur ki, camaat ucuz taksilərdən çox istifadə edir. Biz də taksidə gəzirik, o deputatlar kimi yarım milyonluq maşınımız yoxdur. Kreditə bir maşın almışdım, onu da satdım, istəyirlər, gedib yoxlasınlar. Ona görə də hesab edirəm ki, bu parlament təcili buraxılmalıdır. Bu baş verməsə, o deputatlar növbəti seçkilərdə daha böyük xəyanətə əl atacaqlar. Mən artıq bunu görürəm.

Özü də tək deputatlar deyil, müxtəlif strukturlarda prezidentin siyasətinə zidd fəaliyyət göstərən qüvvələr var. Onların prezidentlə, dövlətlə bağlı təəssübkeşliyi yoxdur. Mən o qüvvələrə bir daha xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar”.

A.Zeynalov

www.yenicag.az

1068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv