!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşar Cəlilov: “Ağaxan Abdullayevə də sənətkar deyim, dünən sənətə gələn…”

!Reklam – Yazi

“Mənim sponsorlarım olmalıdır ki, o konserti verə bilim”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov solo konsert verməməsinin səbəblərini açıqlayarkən deyib.

Sənətçi illərlə səhnədə olsa da, bu gün solo konsert verə bilmək üçün sponsora ehtiyac olduğunu bildirib:

“4 il əvvəl, yəni pandemiyadan qabaq konsert vermək barədə düşünürdüm. Maraqlandım ki, bunun üçün mənə nə qədər maliyyə lazımdır. Hesabladım, 70 min manata qədər çıxdı. Deməli, mən 70 min manat pul qazanıram və bunun yarısını sənətə qoyuramsa, həmin vəsaitlə konsert verə bilmərəm. Gərək mənim bir-iki nəfər sponsorum olsun ki, mən o konserti verə bilim”.

Müğənni hər musiqiçiyə sənətkar deməyə qarşı da çıxıb:

“Hər adama sənətkar demək düzgün deyil. Mən ustadım Ağaxan Abdullayevə də sənətkar deyim, 5-6 gün əvvəl sənətə gələn adama da? Mənim üçün səntəkar yalnız səhnə ilə məhdudlaşmır, sənətkar gərək cəmiyyət içində də özünü sənətkar kimi aparsın. Onda sənətkar olur”.

Nehru

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv