!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşar Nurinin doğum günündə xanımı KÖVRƏLDİ: “Sənsiz çox ağırdır”

!Reklam – Yazi

“Kaş ki Yaşar sağ olaydı, bu gün ailəsinin yanında olaydı. Onun yoxluğunu qəbul etmək asan deyil”.

Bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin doğum günündə həyat yoldaşı Rəhimə Nuriyeva Yenicag.az-a açıqlamasında deyib.

Rəhimə xanım böyük sənətkarın yoxluğunun yalnız ailəsində deyil, mədəniyyət aləmində də hər zaman hiss olunduğunu bildirib:

“Yaşarın itkisi yalnız ailəsində deyil, sənət aləmində də böyük itki kimi yadda qalıb. Yaşar Nuri bir evdən deyil, bir eldən gedən sənətkardır. Şəkillərinə baxıb kövrəlirəm və deyirəm, Yaşar, sənsiz bizə çox ağırdır. Yaşarın Azərbaycan mədəniyyətinin inkişafında böyük rolu danılmazdır. O, mədəniyyətimizin möhkəm sütunu, milli teatr və kino tarixinə adını yazan əbədiyaşar bir sənətkardır. İtki hər zaman ağır olur. Amma bəzən elə itkilər var ki, arxasız-dayaqsız olanda o itkinin ağırlığı daha çox hiss olunur. Yaşarın yoxluğunu bizim ailə hələ də qəbul edə bilmir. Kaş ki Allah ona 10-15 il ömür verəydi, bəzi bitməyən işlərimizi tamamlayardıq. Amma əcəl onu əlimizdən vaxtsız apardı. Sənətkarlar ölmür, hər zaman yaşayır. Yaşarın yaratdığı bənzərsiz və bir-birindən gözəl obrazlar, milli kino və teatr tarixində hər zaman qalacaq”.

Cəvahir

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv