!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşar Nurinin oğurlanan əşyaları ilə bağlı xanımından AÇIQLAMA: “Dedilər məhkum…”

!Reklam – Yazi

Mərhum xalq artisti Yaşar Nurinin Novxanıda yerləşən bağ evində yaradılan Ev Muzeyindən aktyora məxsus əşyaların oğurlanması ilə bağlı məhkəmə işi hələ də yekunlaşmayıb.

Bunu Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva Yenicag.az-a açıqlamasında deyib.

O, Xalq artistinə məxsus bəzi əşyaların tapılaraq geri qaytarıldığını desə də, bəzi əşyalar hələ də taplmayıb:

“Oğurlanan oğurlanıb, onların tapılması istiqamətində hələ ki, yenilik yoxdur. Yalnız bəzi əşyalar tapıldı. Məhkəmə işi də hələ başa çatmayıb. Bir dəfə məhkəməyə çağırdılar. Onda da dedilər ki, məhkum təcridxanada xəstələnib, məhkəmə təxirə düşdü. Hələ də xəbər-ətər yoxdur. Görək üzü yaya nə olur?! Açığı, bundan sonra nə olur-olsun, heç mənə maraqlı da deyil. Mənim üçün önəmli olan əşyaların tapılması idi, onlar da tapılmadı. O əşyalar müəyyən vaxtlarda Yaşara hədiyyə olunan yadigar əşyalar idi. Onların mənəvi qiyməti bizim üçün daha böyükdür”.

Cəvahir

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv