!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşar Nurinin xanımı: “Qızıma demişəm, qalmaqaldan uzaq ol”

!Reklam – Yazi

“Heç vaxt istəməmişəm ki, qızım qalmaqal hesabına ucuz şou dalınca qaçsın. Özünə də demişəm ki, qalmaqaldan uzaq ol”.

Bunu mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Yenicag.az-a açıqlamasında deyib.

O, müğənni kimi fəaliyyət göstərən qızı Ülkərlə bağlı soisal şəbəkələrdə yazılan rəylərdən danışıb:

“Qibtə hissi hər kəsdə var və buna normal baxıram. Hər kəs istəyir ki, kimdənsə bir addım irəlidə olsun. Amma paxıllıq hissi qurd kimi bir şeydir, insanı içindən yeyib məhv edir. Heç kimə də bunu məsləhət görmürəm. Mən qızıma da demişəm ki, həmişə paxıllıq hissindən uzaq ol.

İndiyə qədər kiminsə qızımın sənətinə qarşı basqısını açıq şəkildə görməmişəm. Bəlkə də, arxada olub, amma üzə vurmayıblar. Lakin bəzən sosial şəbəkələrdə yazılan rəylər xoşuma gəlməyib. Ülkər bir video paylaşır, bir də görürsən, kimsə yazdı, Yaşar Nurinin qızı rəqs etdi… Burada nə pis şey var axı? Kimsə buna paxıllıq hissi ilə yanaşırsa, demək ki, onun içini qurd yedi. Yox əgər qızıma həsəd aparıbsa, Ülkərdən də gözəl rəqs etsin. Bəzən Ülkərin geyimi barədə yazırlar. Əgər bunu paxıllıq anlamında yazırlarsa, yenə də təkrar edirəm, onun içini qurd yedi. Qibtə edirsə, qızımdan da yaxşı paltar alıb geyinsin. Mənim qızım elə bir ailədə böyüyüb ki, atası Yaşar Nuri ona sıxıntı, əziyyət yaşatmayıb”.

Cəvahir

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv