!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşardan plastik əməliyyat etdirən kişilərə SƏRT REAKSİYA: ”Hansı sənətkar bunu etdi?”

!Reklam – Yazi

“Kişinin üzünə düşən qırış, saçına düşən ağ tel onun gözəlliyidir…”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov efirdə deyib. Sənətçi plastik və estetik prosedurlar etdirən, özünü dəyişməyə çalışan müğənnilərlə bağlı sərt fikirlər səsləndirib:

“Baxırsan, üzü sarıqlı, tikişlərin yeri görünür, çıxıb özünü göstərir. Heç olmasa, qoy tikişlərinin yeri sağalsın sonra çıx. Yoxsa üzün-gözün sarıqlı şəkildə, tikişlərin yeri görünə-görünə: “Mən bunu eləmişəm”, – deyirsən, sən kimə örnəksən? Bu qədər sənətkarlar gəlib keçdi dünyadan. Mirzə Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, hansı biri etdi? Çox sənətkarın adını çəkə bilərəm. Onların hansı biri bunu etdi?

Kişinin üzünə düşən qırış, saçına düşən ağ tel onun gözəlliyidir. Dədə-babadan görmüşük, qadın özünə diqqət edər, baxımlı görsənər. Ən pis versiyada həyat yoldaşının gözünə görünmək üçün nələrsə edər. Axı sən kimin gözünə gözəl görünmək istəyirsən? Səni görən, bəyənən, qəbul edən elə qırışınla da qəbul edəcək. Tamaşaçı üçün bunu edirsənsə, onsuz da onlar bunu qəbul etmir. Tamaşaçıya mənim üzüm-gözüm yox, ifam, danışığım, özümü aparmağım, tərzim maraqlıdır. Ailəsindən zəif diqqət görən insanlar, deyərdim ki, cavanlar o yolu seçir. Biz niyə seçmədik o yolu?”.

Nehru

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv