!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşatdıqlarını rəzilcə yaşayanlar… - “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, V Buraxılış / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda beşinci buraxışı ilə görüşünüzə gəlib.

Böyük zəfərin nəticələrinə, Şuşanın bizim üçün hansı anlama gəlməsinə və ermənilərin bizə yaşatdıqlarını yaşamalarına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

 

Yaşatdıqlarını rəzilcə yaşayanlar…

Kəlbəcərlə bağlı 1993-cü ildə çəkilmiş videonu izlədinizmi? Tanış gəldimi? Tarix təkərrür edir. Bizə yaşatdıqlarını indi özləri yaşayırlar. Bizə, öz torpağımızı dar edənlər, öz isti yuvamızdan didərgin salanların özləri qaçqınlığı dadırlar. Gedərkən də, virusları bizə bulaşmasın deyə, yaşadıqları yerləri yandırırlar. Yunan da İzmirdən qaçarkən, arxasında qalanı atəşə vermişdi. Çünki biz çıxdığımız evin açarlarını belə otuz il qoruyarkən, onlar bir daha geri gələ bilməyəcəklərini yaxşı bilirlər.

*

Bir bunların videolarına, şəkillərinə baxıram. Bir də 90-cı illərdə Çingizin çəkdiyi videolara. Yəni, ANS-in qızıldan da qiymətli arxivinə. Yaxın, ancaq xatırlamaq istəmədiyimiz tarixə. Əslində, sadəcə, yollardakı tıxaclar bənzəmir bir-birinə. Döyüşçülərin üz ifadələrindəki kədər, yorğunluq və məğlubiyyət acısı da bir-birinə bənzəyir. Onların işğalçı, bizim vətənini qoruyanlar olmağımız situasiyanın üz ifadələrimizə yansımasına əngəl törətmir. Onların sifətindəki qorxunu görməmək üçün paslıbaş Peqov olmaq lazımdır…

*

İndiki gənclər bəlkə də xatırlamaz. Ancaq o dövrü yaşayanlar üçün ZƏFƏRin ayrı bir hissi var. Şuşanın alınmasını eşidəndə niyə göz yaşlarımızı tuta bilmədik? Niyə müharibənin bizim xeyrimizə bitdiyini görüb, fövqəladə rejimə rəğmən küçələrə töküldük? Şuşanın bizim üçün bir şəhərdən, bir qaladan, bir torpaq parçasından çox başqa bir dəyəri var.

Şuşa bizim mədəniyyətimizdir, Şuşa bizim tariximizdir… Şuşa bizim namusumuzdur…

Şuşa Pənahəli xan deməkdir.
Şuşa Xurşudbanu Natavan, Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşinski deməkdir.
Şuşa Üzeyir Hacıbəyov deməkdir…

Şuşa əsarətdəykən, sadəcə daş parçası düşmən tapdağı altında deyildi.

Güllələnmiş heykəlləri Bakıda sərgilənən o dahilərin ruhları da yaralı idi. Zəncirlənmişdi o ruhlar. İnildəyirdilər. Ah-naləri idi bizi 30 il dinc qoymayan, hər fürsətdə “Şuşanı geri alacağıq” dedirdən. Qarabağın azadlığa qovuşması ilə o ruhlar da Azadlıq şərbətini içdilər.

*

Şuşadan gələn azan səsi bizi təkrar sevinc göz yaşlarına boğdu. Bəlkə də bir müddət sonra bu azan ilk duyduğumuz qədər bizə təsirli gəlməyəcək. Ancaq Gövhər ağanın yəni, Gövhərnisə Bəyimin tikdirdiyi bu məscid sovet dövrünü də hesablayarsaq, tam bir əsrə yaxın idi ki, o azanı gözləyirdi. Və Azərbaycan əsgəri xalqın bu arzusunu – hədəfini – Qızıl Almasını yalın əllə reallaşdırdı.

Bu bir tarixdir. Həm də qanla yazılan bir tarix. Bu gün Təbəri yoxdur, ancaq Fransanın Le Monde qəzetinin Xankəndi müxbiri onun yerinə yazır ki, Şuşadan Xankəndiyə gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır.
Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları.
Bəli, bu Şuşanın birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunduğunun nişanəsidir.

300 spartalının, Kür Şad və 40 fədasinin etdiyi kimi, dağlar aşıb, Şuşanı bizə qazandırdılar. Şəhid və qazi oldular, ancaq Şuşanı düşməndə qoymadılar.

Bunun üçün də 45 gün əvvəl bir metrində belə hökmümüzün keçmədiyi torpaqların hər qarışına yenidən sahib olduğumuzu görün. Dağlıq Qarabağda sözdə cümhuriyyət quranların, inaqurasiya mərasimi keçirənlərin, Cəbrayıla yol çəkənlərin o ərazinin beşdə birində ancaq bizim vətəndaşımız olaraq qala bilmə ehtimalının olduğunu nəzərə alın.

Və gözlərinizi yumun, ruhunuza sərbəstlik verin. Çünki müharibə bitdi, psixoloji savaş isə yeni başlayır. Bu savaşda ayaqda qalmaq üçün mütləq buna ehtiyacımız var: Şuşa məscidinin minarəsindən gələcək azan səsinə…

www.yenicag.az

6463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv