!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayan şəxs necə ölmüş elan edilə bilər? - Mülki Məcəllədən seçmələr

!Reklam – Yazi

Rusiyada yaşayan Quba rayon sakini Abil Zeynalovun Azərbaycanda ölü kimi qeydiyyata alınması geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, yaşayan şəxsin ölü kimi qeydiyyata alınması ictimaiyyət arasında çaşqınlıq yaradıb. İnsanlar bunun necə baş verməsi barədə müxtəlif fikirlər səsləndirirlər.

Hüquqşünas Anar Qasımlı prosesin hüquqi tərəfinə diqqət çəkərək yaşadığı bilinməyən şəxsin hansı hallarda ölü kimi qeydiyyata alınacağını açıqlayıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində bununla bağlı konkret bəndlər var:

“Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi

41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər”.

Mülki Məcəllənin növbədi maddəsi isə ölmüş elan edilmiş şəxsin ortaya çıxması ilə bağlıdır:

“Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri

42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər.

42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.

42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır”.

COP29

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv