!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış binalarında liftlərə dair YENİ TƏLƏBLƏR

!Reklam – Yazi

Azərbaycanda yaşayış binalarında liftlərə dair yeni tələblər müəyyən edilir.

Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Yaşayış binasında liftlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməlidir. Mərtəbələrdə mənzillərin ümumi sahəsindən aslı olaraq müxtəlif mərtəbəli yaşayış binalarının liftlə təchizatı üçün lazım olan sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər əlavə 1-də verilir.

Liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır:

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən;

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında- 2,1 m-dən .

Liftlər iki sıra üz-üzə yerləşdiyi halda, liftin qarşısındakı meydançanın eni ən azı aşağıda göstərilənlər qədər olmalıdır:

– kabinəsinin dərinliyi 2100 mm-dən az olan liftlər qurulduqda – 1,8 m ;

– kabinəsinin dərinliyi 2100 mm və daha çox olan liftlər qurulduqda- 2,5 m.

 

 

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv