!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış binalarındakı SƏS-KÜYLÜ OBYEKTLƏR: “Uşaq, böyük bilmirlər, söyüşün biri bir qəpikdən…” - ŞİKAYƏT

!Reklam – Yazi

Yaşayış binalarına bitişik kafe-restoranların əksəriyyəti sakinlərin ciddi şəkildə narazılığına səbəb olur. Vətəndaşlar bildirilər ki, belə kafe və restoranların mətbəxindən gələn qoxu, oradakı səs-küy, hətta söyüşlər onların rahatlığını əllərindən alır.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında sakinləri narahat edən belə halların tez-tez təkrarlanmasının xidmət obyekti sahibinə qarşı cinayət məsuliyyəti yaratdığını bildirib:


“Yaşayış binasının altında xidmət obyektinin fəaliyyəti ilə bağlı müəyyən standartlar var. Həmin normativlər Mənzil Məcəlləsi ilə tənzimlənir. Ümumi ifadə etsək, xidmət obyekti yaşayış sahəsinə hər hansı formada maneçilik törətməməlidir. Xüsusən də gecə saatlarında xidmət obyektinin sahibi səs-küylə bağlı ciddi tədbirlər görməlidir. Ümumiyyətlə, sakinlər yaranmış belə vəziyyətlə əlaqədar yerli polis orqanlarına məlumat verməlidirlər. Xidmət obyektində səs-küy, qoxu və bu kimi sakinləri narahat edən hallar təkrarlandıqda obyekt sahibinə inzibati qaydada cərimə tətbiq edilir. 3-cü dəfə oxşar vəziyyət təkrarlandıqda isə məsələ cinayət tərkibi yarada bilir”.

Sadiq Cavadov

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv