!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış kompleksində təhlükəli hal aradan qaldırıldı - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

www.yenicag.az

156
Ads
www.veteninfo.com
!Reklam – Arxiv