!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış kriteriyalarına uyğun olmayan ƏRAZİLƏR: "Planlı iş görülmür, ona görə də..." - RƏY

!Reklam – Yazi

Artıq demək olar ki, hər il fərqli-fərqli ərazilərdə yeni binalar tikilir. Lakin problem odur ki, çox vaxt binanın tikildiyi ərazi yaşayış şərtlərinə uyğun olmur. Belə ki, həmin ərazidə nə məktəb, nə marketlər, nə də ictimai nəqliyyatlara əlçatanlıq olur.

Bu problemin həlləri ilə əlaqədar Yenicag.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, ələlxüsus da şəhər kənarında salınan təzə massivlərdə belə hallar yaşanır:

“Çünki həmin ərazilərdə satılan torpaqlar daha ucuz olur və tikinti şirkətinə sərf edir. İcazələr alınır və tikintiyə başlanılır. Amma bina bitir, baxıb görürsən ki, ətrafda yararlı struktur yoxdur. Məsələn, Masazır, Xırdalan, Saray qəsəbəsi və Ceyranbatan ərazisindəki tikililərdə də eyni hal baş verir.

Düzdür, illər ötdükcə infrastruktur inkişaf edib. Amma məktəb, bağça, nəqliyyat vasitələrinə gediş-gəliş hələ də qapalı qalıb. 70-ci illərdən sonrakı şəhər salma prosesini təhlil etsək, o zaman bütün lazımi infrastrukturlar nəzərə alınırdı. Lakin yeni şəhərsalma prinsipləri fərqlidir. 2018-ci ildən bu kimi məsələlər Şəhərsalma Komitəsinin öhdəliyinə buraxıldı.

Bütün bu səbəblər belə halların yaranmasına təkan verir. Planlı şəkildə işlər aparılmır. Bina tikərkən hər şey əvvəlcədən düşünülməlidir”.

Şahanə Paşa

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv