!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış minimumunda artım: "İki nəfərlik ailəyə 500 manata yaxın pul ödəniləcək" - İQTİSADÇI

!Reklam – Yazi

“Yaşayış minimumunun artım tempi əvvəlki illərlə müqayisədə bu il daha müsbət qiymətləndirilə bilər”.

Bu sözləri 2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə ümumi inflyasiya səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, gələn il üçün yaşayış minimumunun artım tempi təqdirəlayiqdir:

“Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan bir sosial normadır. Ümumi İstehlak Səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyədə təmin olunması üçün ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə xərclərinin cəmidir. Bu il yaşayış minimumunun məbləği olaraq bu ödənişlər üçün 210 manat nəzərdə tutulmuşdu. Gələn ilin büdcəsində isə həmin məbləğ 246 manat olaraq müəyyən edilib. Faizlə hesablasaq, bu, 17 faizlik artım deməkdir. Ümumi inflyasiyanın səviyyəsinə nəzər salsaq, bu göstərici 17 faizə çatmır. İndiki məqamda inflyasiya 13 faizdən bir qədər artıq qiymətləndirilir.

Bu gün insanların ehtiyacı olan əsas istiqamətlər ərzaq məhsulları ilə bağlıdır. Ərzaq məhsulları üzrə olan inflyasiya artıq 21 faiz ətrafındadır. Bütün hallarda yaşayış minimumunun artım tempi əvvəlki illərlə müqayisədə bu il daha müsbət qiymətləndirilə bilər. Yaşayış minimumun 246 manat müəyyən edilməsi bilavasitə ünvanlı dövlət sosial yardımın formalaşmasına da ciddi şəkildə öz töhfəsini verə bilir. Yəni ehtiyac yarandığı təqdirdə ünvanlı dövlət sosial yardımı müəyyən olunanda iki nəfərlik bir ailə üçün 500 manata yaxın ödəniş həyata keçiriləcək”.

Gülşən Şərif

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv