!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşı 55-dən yuxarı olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA

!Reklam – Yazi

Türkiyəli mütəxəssislər 55 yaşdan sonra sükan arxasına keçməyin təhlükəli olduğunu bildirirlər. Ekspertlərin fikrincə, bu yaşdan başlayaraq sürücülərin reflekslərində ciddi zəifləmə müşahidə edilir.

Bəs bu fikir doğrudurmu? Ümumiyyətlə, yaş faktoru qəzaların baş vermə səbəbi kimi göstərilə bilər?

Yenicag.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a bir sıra məqamları açıqlayıb. O bildirib ki, bu məsələlər qanunvericilikdəki qaydalar əsasında tənzimlənir:

“Bu məsələ əsasən insanın sağlamlığı ilə əlaqəlidir. Doğrudur, bəlkə də, sözügedən fikirlərin elmi əsası var. Azərbaycanda da sürücülərin yaş məsələsi vacib amil sayılır. Qanunvericilikdə isə, bununla bağlı qeyd edilir ki, 60 yaşdan sonra sürücülərdən tibbi arayış tələb olunur, 70 yaşdan sonra isə sürücülük vəsiqəsi 2 il müddətinə verilir. Sağlamlığında problem olan şəxslər isə hər il bu sənədi yeniləməlidirlər. Sadalanan qaydalardan da göründüyü kimi, ölkə qanunvericiliyində də, sükan arxasına keçən şəxslərin yaşı vacib sayılır”.

Elməddin Muradlı bildirib ki, avtomobil qəzalar yaş amili ilə əlaqəli deyil:

“Hansısa yaşdan sonra maşın idarə edən şəxsin təhlükə yaratması fikri doğru sayılmır. 25 yaşında olan adam var ki, nə özünü, nə də maşını düzgün qaydada idarə edir. Bu səbəbdən qayda pozuntularına yol verir və qəza törədir. Ancaq insan da var, yaşı 70-i ötməsinə baxmayaraq, sükan arxasında heç bir səhvə yol vermir və qaydalara riayət edir. Bu yaşla bağlı məsələ deyil. Burada əsas faktor sağlamlıqdır. Ona görə də, müəyyən dövrdən sonra insanların tibbi yoxlanışdan keçməsi mütləqdir”.

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv