!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşı gəncləşən İNTİHARLAR: "Depressiya, sevilməmək duyğusu, sönmüş həyat eşqi..."

!Reklam – Yazi

Ölkədə intihar hallarının sayı artmaqda, yaşı isə azalmaqdadır. Hətta ötən günlərdə Bakıda ard-arda 3 gənc eyni binadan atlayaraq həyatlarına son qoydu.

Sayı durmadan artan intihar hallarının qarşısını necə almaq olar? Xüsusən də valideynlər nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında intihar hallarının müxtəlif səbəblərdən baş verdiyini deyib.

O, bildirib ki, intihar edənlər əslində həyatı bizdən daha çox sevənlərdir:

“İntiharın yaşı həm çox gəncləşib, həm də sayı artıb. Əvvəllər 15-24 yaş arasında intihar edənlər daha çox idisə, indi hətta 8 yaşından bunu edənlər var. Səbəbləri müxtəlif ola bilər. Məsələn, depressiya, həyat eşqinin azalması, valideynlərlə anlaşılmazlıq, sevilməmək duyğusu və s.. Ailədə valideyn övladına qarşı sevgisini yetəri qədər hiss etdirmədikdə və övladı başqa bir gənc tərəfindən sevilib ayrıldıqdan sonra, təəssüflər olsun ki, çox zaman intihar edir.

Ümumilikdə, intihar edənlər həyatı bizdən də çox sevənlərdir. Bəziləri müəyyən zaman daxilində arzuları gerçəkləşmədiyi, bəziləri də məhz valideynləri qorxutmaq üçün intihara əl atırlar. Xüsusən də əksər valideynlər övladlarını universitetə qəbul olmaları üçün canlarından bezdirir. Sanki ali məktəbə qəbul olmaq bir marafondur, amma bu marafonda uşaqlardan daha çox valideynlər birinciliyə çatmağa can atır.

Bir qismi isə sosial şəbəkələrdə başqalarının həyatlarını özlərinə inteqrasiya etməyə çalışırlar. Bu, baş vermədikdə depressiyaya düşürlər.
Ona görə də yeniyetmələrimizi sevmək, onların qayğısına qalmaq, sevgini hisslər və sözlər vasitəsilə demək, eləcə də onları uğurları və uğursuzluqları ilə qəbul etməliyik”.

Sadiq Cavadov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv