!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaşıl enerji”yə yaşıl işıq: “Azərbaycan enerjisinin Gürcüstandan Avropaya nəqli...” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın son illər atdığı addımlarda bunları müşahidə etmək olar ki, təkcə neft-qaz sektorunda deyil, eləcə də elektrik enerjisi ixracatçısına çevrilmək istəyir”.

Bu fikirləri Azərbaycanda yaşıl enerjinin inkişafına yönəlik mövcud potensial və görülən işləri dəyərləndirən iqtisadi ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə önəmli layihələr və irəliləyişlər nəzərə çarpır.

“Azərbaycan təkcə neft-qaz sektorunda deyil, eləcə də elektrik enerjisi ixracatçısına çevrilmək istəyir. Bunu son illər ölkəmizin atdığı addımlarda müşahidə etmək olur və bu addımlar kifayət qədər gerçəkdir. Ötən il elektrik enerjisi ixracı 3 milyard kilovat-saat təşkil edib. Bu da 2021-ci illə müqayisədə təqribən 2 dəfə çoxdur. Həmin il bu rəqəm 1,63 milyard kilovat-saat idi.

Elektrik enerjisi əsasən ölkəmizdən Gürcüstana ixrac olunur ki, bu da ənənəvi yollarla – İES-lərlə həyata keçirilir. Bunun nəticəsində əldə olunan gəlir 100 milyon ABŞ dollarından çox olub. Bu ilin yanvar-fevral aylarındakı ixracat rəqəmlərinə nəzər salsaq, görərik ki, elektrik enerjisi ixracı qeyri-neft sektorunda birinci yerə çıxıb. Bu baxımdan sözügedən sahə əmtəə qiymətlərindən birbaşa asılı olmadığından qiymətlər stabildir. Həmçinin bu qeyri-neft sektorunda ixracatın artımı deməkdir. Ümumi elektrik enerjisi istehsalında isə ortalama 4 faizdən çox artım müşahidə olunub”.

Həmçinin o, qeyd edib ki, xarici investor şirkətlərlə bağlanan müqavilələr gələcəkdə bu istiqamətdə işlərin genişləndirilməsinə şərait yaradacaq:

“2022-ci ilin əvvəllərində Səudiyyə Ərəbistanının “AKVA POVER” və BƏƏ-nin “MASDAR” şirkətləri ilə müqavilələr imzalandı. Müqaviləyə əsasən müvafiq olaraq 240-230 meqavat həcmində külək və günəş enerjisi istehsalı nəzərdə tutulur. Keçən ilin ortalarında “BP” şirkəti ilə Cəbrayılda günəş panellərinin qurulması ilə bağlı müqavilə imzalandı. Dekabr ayında isə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında keçirilən görüşdə 4GVT həcmində elektrik enerjisi istehsalıyla bağlı ilkin memorandum imzalandı. Razılaşmaya görə, əldə olunacaq enerji Gürcüstandan keçərək Qara dəniz vasitəsi ilə Avropaya – Macarıstan və Rumıniyaya ixracı nəzərdə tutulur. Təbii ki, bu addım investisiya tələb edir və bu istiqamətdə müəyyən işlər görülməkdədir.

İlkin rəqəmlərə görə, Azərbaycanın bu sahədə potensialı təqribən 200 GVt elektrik enerjisi olduğu düşünülür. Bunun da 157 GVt külək, 27 GVt günəş, yerdə qalan hissə isə SES-lərin payına düşür ki, bunu da daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı formalaşdırır”.

Yusif Səmədzadə

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv