!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşıllaşdırma İdarəsinin rəhbəri ağac kəsdi – Sənəd Baş Prokurorluğa göndərildi

!Reklam – Yazi

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yardımlı rayonu ərazisindəki parkda ağac kəsilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Qurumdan Yenicag.az-a verilən məlumatda bildirilib ki, Yardımlı rayonu Vüqar Nəciyev küçəsi 3 ünvanında yerləşən parkda ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda 7 ədəd bioloji inkişafda olan söyüd ağacının, Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan, Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdiri Balamir Adiyevin göstərişi ilə kəsildiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Qeyd edək ki, adı çəkilən ünvanda ağacların kəsilməsi ilə bağlı saytımıza rayon sakinləri tərəfindən şikayət daxil olmuşdu. Vətəndaşlar ağacların kəsilməsinə səbəb kimi qurumun həmin ağacların yerinə yeni ağaclar əkib, sonradan onların sayına görə işçi götürmək və maaşlarını mənimsəməyi göstərmişdilər.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv