!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşlanmaq dərd deyil, SEVİNC BƏXŞ EDƏCƏK: Bu yenilik pensiyaçılara NƏ QAZANDIRACAQ? – ŞAD XƏBƏR

!Reklam – Yazi

“Maliyyə sferasında riskləri neytrallaşdıra bilən mexanizmlər olmalıdır. Çünki heç bir şirkət uzunmüddətli olaraq gəlirini yüksələn xətt üzrə apara bilməz”.

Bunu Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələri şərh edərkən iqtisadçı ekspert Məmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

O, özəl pensiya fondları ilə ayaqlaşmaq üçün dövlət qurumlarının nisbətən əlverişli şərtlər təqdim etmək məcburiyyətində qalacağını, bu rəqabət mühitindən isə vətəndaşların faydalanacağını bildirib:

“İnkişaf etmiş ölkələrin çoxunda, demək olar ki, özəl pensiya fondları var. Bunun mahiyyəti odur ki, vətəndaşlar yığımlarını, yəni sosial vergilərini yalnız dövlətə məxsus fondlara deyil, eyni zamanda özəl pensiya fondlarına da etibar edə bilər. Bu da vətəndaşlar üçün alternativ seçim imkanları yaradır.

Özəl pensiya fondlarının vətəndaşlara daha əlverişli şərtlər təklif etməsi ilə ayaqlaşmaq üçün dövlət qurumları da nisbətən əlverişli şərtlər təqdim etmək məcburiyyətində qalır. Beləliklə, həm özəl, həm də dövlət pensiya fondları arasında bir rəqabət formalaşır. Bu rəqabətdən qazanan isə vətəndaş olur.

Özəl pensiya fondlarının nə dərəcədə güvənli olmasına gəldikdə isə, belə bir məntiqi ritorik sual yaranır. Məsələn, vətəndaşlar əmanətlərini Mərkəzi Banka deyil, kommersiya banklarına etibar edirlər. O zaman məntiqlə kommersiya bankları nə zamansa iflas edərsə, vətəndaşların əmanətləri batacaq? Əlbəttə, məsələ o qədər də sadə deyil. Bu sistem üzərində dövlətin ciddi nəzarət mexanizmləri olur. Nəzarət isə özlüyündə vətəndaşın pensiya təminatının yaxşılaşmasına gətirib çıxarır.

Ümumiyyətlə, maliyyə sferasında riskləri neytrallaşdıra bilən mexanizmlər olmalıdır. Çünki heç bir şirkət uzunmüddətli olaraq gəlirini yüksələn xətt üzrə apara bilməz.

Mərkəzi Bankın hesabatlarına görə, Azərbaycanda illik toplam inflyasiya həddi 13%, ərzaq inflyasiyası 18%-dir. Biz bilirik ki, marial inflyasiya həddi bundan yüksəkdir. Bu zaman vətəndaşa aydın olur ki, onun pensiyası 14% artırılıb. O anlayır ki, il ərzində onun gəliri inflyasiyanın yerinə çevrilib.

Bu zaman vətəndaş dövlətin pensiya təminat sisteminin il ərzində inflyasiya həddinə adekvat olmadığını düşünə bilər. Belə olduqda isə dövlət daha məsuliyyətli qərarlar verir və yalnız büdcəyə qənaət etmək yolunu tutmur, vətəndaşın xeyrinə qərarlar qəbul etmək praktikasını təkrarlayır. Belə olduqda vətəndaşların dövlət qurumlarına inamı artır”.

Sadiq Cavadov

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv