!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşlı aktyorlara ŞAD XƏBƏR - Teatr rəhbərliyindən JEST / FOTO

!Reklam – Yazi

Uzun müddətdir ki, yaşla əlaqədar teatrdan kənarlaşan yaşlı aktyorların səhnəyə çıxmaq arzusu nəhayət ki, reallaşacaq. Bu layihə Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bunu əməkdar artist İlham Əsədov Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ömrünü səhnəyə həsr edən bir qrup sənətkara həsr olunmuş tamaşa hazırlanacaq:

“Teatrın direktoru və Baş rejissoru belə qərara gəliblər ki, yaşlı nəslin aktyorlarını bir araya cəm edib, onların iştirakı ilə bir tamaşa hazırlansın. Bu, həm teatr rəhbərliyi, həm də aktyorların arzusudur. Sənətkarlarımızın arasında elələri var ki, səhhətində problemlər yaşanır. Lakin hər kəsə səhhəti nəzərə alınaraq rol veriləcək.

Bu sırada Xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov, eyni zamanda Məsumə Babayeva, Sona Babayeva, Vahid Əliyev və başqaları bu tamaşaya cəlb olunacaq. Vahid Əliyev hazırda xəstəxanadadır, sağalandan sonra tamaşaçıları onu da səhnədə görəcək. Çalışacağıq ki, heç bir sənətkar bu layihədən kənarda qalmasın. Yaşlı sənətkarlarla bərabər gənc aktyorlarımız da səhnəyə çıxacaq”.

Qeyd edək ki, son vaxtlar teatrdan gedən bir qrup yaşlı sənətkar səhnəyə çıxmaq arzusunda olduqlarını, lakin onlara bu şəraitin yaradılmadığını əsas gətirərək Yenicag.az vasitəsi ilə teatr rəhbərliyinə müraciət etmişdi.

Cəvahir

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv