Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yaşlı məmurların “göndərilməsi”: “Bu işə hələ ki Nazirlər Kabinetindən başlanılıb...”

Reklam: Sinerji Pro

“Nazirlərin öz qohumlarına və yerlilərinə dəstək vermələri rüşvət və korrupsiyanı daha da çiçəkləndirir”.

Bu sözləri Yenicag.az-a dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifələrindən baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun işdən azad edilməsini şərh edən politoloq Qabil Hüseyinli deyib.

Politoloqun sözlərinə görə, yaşlı məmurlar bürokratik sistemdəki nisbəti kifayət qədər böyükdür:

“Götürək, ali məktəblərin rektorlarını. Onların içərisində yaşı 70-i keçmiş, 20 ildən çox bu vəzifədə çalışan xeyli rektor var. Bundan başqa, nazirliklər, komitələr, nazirliklərin idarələri, o cümlədən, AMEA səviyyəsində yaşı 70-i keçmiş, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən çoxlu kadrlar var. Onların da dəyişməsinə ciddi ehtiyac yaranıb. Göründüyü kimi, bu işə hələ ki Nazirlər Kabinetindən başlanılıb.

Kadr siyasəti həyata keçirilərkən namizədlərin peşəkarlığı, vətənpərvərliyi və çalışacağı sahəni dərindən bilmələri ön plana çəkilməlidir. Bunlardan əlavə, əksər nazirliklərdə birinci şəxxsin öz qohumlarını və yerlilərini müxtəlif vəzifələrə irəli çəkmələri adi hal alıb. Rüşvət və korrupsiya da məhz bu zəmində yaranıb formalaşır. Nazirlərin öz qohumlarına və yerlilərinə dəstək vermələri rüşvət və korrupsiyanı daha da çiçəkləndirir.

Ona görə də, belə hallara son qoyulması, mühüm vəzifələrə peşəkar və vətənpərvər kadrların irəli çəkilməsi lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

1132
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM