!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yatağa məhkum olan, ölməmək üçün Allaha dua edən XALQ ARTİSTİ

!Reklam – Yazi

Yadımdadır, 70 illik yubileyi idi, doğum gününü ağır xəstə yatağında qarşılayan aktyora telefon açıb təbrik etdim. Hal-əhval tutdum, kinodan, yaratdığı obrazlardan, çəkdiyi filmlərdən, sənət dünyasından söz salıb əhval-ruhiyyəsini qaldırmağa çalışdım. Amma ən ən böyük arzusunu dilə gətirəndə “sağalmaq və yeni filmlər çəkmək arzusundayam, xəstəlikdən, bu yataqdan qurtulsam, yüz yaşayaram” deyib qəhərləndi. Çünki yaşamaq, yaratmaq arzusu ilə alışıb yanırdı. Məhkum olduğu xəstə yatağından qurtulmaq, sinədolusu nəfəs almaq, Tanrının ona bəxş etdiyi ömrün, yaşamın dadını çıxarmaq istəyirdi…

Sevilən aktyor, milli kinomuzda bənzərsiz obrazları ilə yaddaşlarda yaşayan Xalq artisti Ramiz Əzizbəylidən bəhs edirəm. Bu gün xatirəyə dönsə də, yaratdığı oblazları ilə yaşamını davam etdirən Ramiz Əzizbəylidən.

İki il əvvəl cismani yoxluğu ilə sevənlərindən ayrıldı. Sənətindən, yaratdığı obrazlardan, çəkdiyi filmlərdən danışmayacam. Çünki onlar milli kinomuzun ən gözəl inciləri sayılır və tərifə, sözə ehtiyac yoxdur. Hər dəfə onlara baxdıqca böyük aktyoru yad edib, yoxluğuna kədərlənirik.

Hələ neçə-neçə obrazlar yaradacaqdı, “Bəxt üzüyü” kimi gözəl filmlər ərsəyə gətirəcəkdi. Arzuları sonsuz idi. Yaradıcılıq eşqi ilə alışıb yansa da, amansız xəstəlik onları reallaşdırmağa aman vermirdi.

Ailəsinə, qızlarına çox bağlı idi. Həmişə söhbət əsnasında deyirdi “həyat yoldaşım olmasaydı, bu ağır xəstəliyə tab gətirə bilməzdim”. Qızı Xədicə də son nəfəsinə qədər xəstəxanada atasının yanından ayrılmadı. Amma sən saydığını say…

Bu gün xatirə günüdür. Onun yoxluğu ilə bizi iki illik zaman kəsiyi ayırır. Amma zaman nə qədər onu bizdən uzaqlaşdırsa da, yadigar qoyub getdiyi obrazları ilə bir o qədər bizə yaxın olacaq Ramiz Əzizbəyli. Hər dəfə “Bəxt üzüyü”nə və hafizəmizdə iz qoyan obrazlarına baxıb onu xatrlayacağıq.

Cəvahir

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv