!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yataq, ehtiras, sevgi və məhv olan ailə - “Qış gecəsi”ndə yaşananlar / VİDEOREPORTAJ

!Reklam – Yazi

Yataq, ehtiras, sevgi səhnələri…

Teatr Xadimləri İttifaqında tamaşaçılara fərqli bir tamaşanın premyerası təqdim olundu. Rejissor İmran Ali Qurbanın yorumunda səhnə həllini tapan “Qış gecəsi” adlı tamaşada Əməkdar artist Anar Heybətov və aktrisa Zülfiyyə Alhüseynova tamaşaçılara, sözün əsil mənasında, zövq yaşada bildi.

Səhnə əsəri uzun illər evli olan ər-arvadın qış gecəsində bir-birilərinə etdikləri etiraflar üzərində qurulub. Cütlük ilk dəfə olaraq keçmiş həyatları ilə bağlı gizlinləri bölüşür…

Təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, Xalq artisti Azər Paşa Nemətov, rejissor Bəhram Osmanov, Əməkdar artist Rövşən Kərimduxt və digərləri iştirak ediblər. Onlar tamaşa ilə bağlı öz təəssüratlarını Yenicag.az-la bölüşüblər.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, rejissoru İmran Ali Qurban, rejissor assisenti Elmir Məmmədli və rəssamı Reyhan Aslanovadır. Tamaşa “Baxış 2 festivalı” çərçivəsində hazırlanıb.

Daha ətraflı videoreportajı təqdim edirik:

 

Cəvahir
Cavid

www.yenicag.az

1754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv