!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yataqxanada təhlükə: Bina hər an uça bilər - VİDEO

!Reklam – Yazi

Dördmərtəbəli yataqxana binasını kənardan seyr etdikdə nəmişliyi, sökük pəncərələri, hətta müxtəlif hissələrdə bitən əncir ağaclarını da görmək mümkündür.

Yenicag.az xəbər verir ki, söhbət Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanından gedir.

Təxminən 60-70 il öncə inşa edilən bina əvvəllər toxuculuq kombinatının, daha sonra 69 saylı peşə məktəbinin yataqxanası olub.

1993-cü ildən isə burada Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün olan sakinlər məskunlaşıblar.

Sözügedən binada 50 qaçqın ailəsi qeydiyyatda olsa da, hazırda 28 ailə yaşayır. Zirzəmiyə dolan çirkab sular, binadan qopub düşən kərpic, beton parçalar yataqxanada yaşayanları ciddi narahat edir. Onlar binanın hər an uçmaq təhlükəsindən qorxurlar.

Qeyd edək ki, mövcud problemlə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirən olmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə həmin yataqxana binasının Komitənin balansında olmadığı bildirilib./BakuTV/

Daha ətraflı süjetdə:

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv