!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yatmaq üçün həftə sonunu gözləmək DÜZGÜNDÜR? - Yuxu problemi və gözlənilən TƏHLÜKƏ

!Reklam – Yazi

“İstənilən yuxunu əldə etmək üçün həftə sonunu gözləmək faydasızdır”.

Yenicag.az xəbər verir ki, bu cümlələr “Psychosomatic Medicine” jurnalında yuxu ilə bağlı araşdırmada dərc olunan mətndə qeyd olunub.

Araşdırmada həftə içi yuxunun heç nə ilə kompensasiya edilə bilməyəcəyi vurğulanıb:

Həftə ərzində beş saatdan az yatmaq ürək-damar sağlamlığını pisləşdirir. Həftə sonu yuxu bu problemlərin aradan qaldırılmasına kömək etmir. Yuxu çatışmazlığı gələcəkdə insanları ürək-damar xəstəliklərinə daha həssas edə bilər.

Məşhur bir zarafat var: “İnsan ömrünün 30%-ni yuxuda keçirir. Qalan 70%-ni isə kifayət qədər yuxu almağı xəyal edir…”.

Yuxu problemi hazırda qlobal epidemiyaya çevrilir. Dünya əhalisinin 45%-i bu təhlükə ilə qarşı-qarşıyadır. Sirkadiyalı dövrün fizioloji cəhətdən optimal dövrünə paylanan normal yuxu müddətinin azalması xroniki yuxu çatışmazlığına, xroniki yorğunluğa, xəstəliklərin yaranmasına, vaxtından əvvəl əlilliyin başlanmasına və vaxtından əvvəl ölümə səbəb olur.

Yuxu pozğunluğundan əziyyət çəkən insanların əksəriyyətinin problemləri tibbi və ya koqnitiv davranış terapiyası vasitəsilə həll edilə bilər. Yuxu şikayətləri olan və ya gündüz həddindən artıq yuxulu olan insanlar həkimə və lazım gələrsə, yuxu dərmanı mərkəzinə müraciət etməlidirlər.

Ümumdünya Yuxu Təbabəti Təşkilatı hər kəsə sağlam yuxu üçün tövsiyələr hazırlayıb:

1. Oyanmaq və yatmaq üçün dəqiq vaxt təyin edin.

2. Əgər günorta yatmaq vərdişiniz varsa, 45 dəqiqədən çox yatmayın.

3. Yatmadan 4 saat əvvəl həddindən artıq spirtli içki qəbul etməkdən, həmçinin siqaretdən çəkinin.

4. Yatmadan 6 saatdan az əvvəl kofein qəbul etməyin.

5. Yatmazdan 4 saatdan az əvvəl ağır, ədviyyatlı, şirin yeməklər yeməyin.

6. Müntəzəm olaraq idman edin.

7. Yatmaq üçün yerinizi mümkün qədər rahat edin.

8. Yatmazdan əvvəl otağın havasını dəyişin.

9. Yuxunuzu pozacaq səsləri aradan qaldırın. Otağın işıqlandırmasını minimuma endirin.

10. Yatağınızı iş və ya oyun yeri kimi istifadə etməyin.

Nəsimi Ələsgərli

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv