!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yaxın günlərdə müəyyən ərazilər işğaldan azad olunacaq" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Yaxın günlərdə müəyyən ərazilər işğaldan azad olunacaq”.

Bu fikri Rusiyada baş verən hadisələrin Ukrayna cəbhəsinə təsirini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, “Vaqner”in ön cəbhədən geri çəkilməsinin müharibəyə ciddi təsiri olacaq:

“Priqojinin rəhbərlik etdiyi özəl şirkət olan “Vaqner” Rusiyanın ən elit qoşunlarından biridir. Priqojin 25 mindən artıq qoşunu ön xətdən çıxarıb, Moskva istiqamətinə hərəkət edirdi. Hazırda “Vaqner” daimi dislokasiya yerinə qayıdıb.

“Vaqner” Ukrayna müharibəsində ciddi uğurlar qazanmışdı. Baxmut kimi ərazini demək olar ki, “Vaqner” işağl etmişdi. Özəl şirkətin döyüş hazırlığı Müdafiə Nazirliyinə tabe olan qüvvələrin döyüş hazırlığından üstündür.

“Vaqner” olsa da, olmasa da, Ukraynanın əks hücumu gedir. “Vaqner”in olmaması Ukraynanın işini daha da asanlaşdıracaq. Ukrayna o boşluqlardan istifadə edəcək. Müəyyən irəliləyişlər əldə olunacaq. Güman edirəm ki, yaxın günlərdə Ukrayna müəyyən əraziləri işğaldan azad edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv