!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə geosiyasi vəziyyət DƏYİŞİR: Müharibənin şiddətlənməsi TƏHLÜKƏSİ

!Reklam – Yazi

“Bu isə Yaxın Şərq üzərində rəqabətdə olan Rusiyanınn, Çinin, ABŞ-nin və digər qüvvələrin fəallaşması deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında HƏMAS-ın İsrailə yeni və daha güclü hücum dalğasının ediləcəyi ilə bağlı bəyanatını şərh edən politoloq Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, hazırda davam edən müharibə şiddətlənəcək, onsuz da pis vəziyyətə düşən əhalinin yaşamı daha da pisləşəcək.
“Əlavə olaraq, İsrail və HƏMAS arasındakı gərginlik Türkiyə baxımından iki istiqamətdə təzahür edə bilər. Yəni girovlarla bağlı vasitəçilik imkanları artacaq, eyni zamanda münaqişəli tərəflərə qarşı narazılıq diplomatik həmlələrə yol açacaq”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, Yaxın Şərqdəki hazırki proseslər yeni münasibətlər sistemində gərilmələrə səbəb olacaq:

“Bir sözlə, yaxın perspektiv üçün İsrailin Ərəb dünyası, İran, Türkiyə ilə əlaqələrinin kəskinləşməsi, ABŞ-nin regionda aktivləşməsi müşahidə edilir. Bu isə Yaxın Şərq üzərində rəqabətdə olan Rusiyanın, Çinin, ABŞ-nin və digər qüvvələrin fəallaşması deməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

99
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv