!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə gərginlik pik HƏDDƏ: İran cavab zərbəsi endirəcəkmi?

!Reklam – Yazi

“İranın cəsarəti çatmır. Çünki nəticələrinin ağır olacağından xəbərdardır”.

Bunu Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə pik həddə çatan gərginlik fonunda İran-İsrail müharibəsinin perspektivindən danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.


Onun sözlərinə görə, tarix boyu gərgin münasibətləri olan İran və İsrail arasında vəziyyət qarşılıqlı hədələrlə pik həddə çatıb.

“İsrail İranın xaricdəki yüksək rütbəli zabitlərini sıradan çıxarmaqla onun Suriya, İraq, Livan kimi ölkələrə hərbçilər göndərmək istəyinin qarşısını almağa çalışır. Bu isə ilk deyil, son bir neçə dəfələrlə belə hücumlar planlanıb. İranın isə hər dəfəsində adekvat cavab veriləcəyi bağlı vədlərinə baxmayaraq praktiki addımlar atmaması ictimaiyyət arasında narazılığa səbəb olub. Nəticədə isə maraqlı sual meydana çıxır:

Nə üçün praktiki addımlar atılmır?”- deyə o əlavə edib.

Ə.İbrahimov hesab etdiyini bildirib ki, İranın mövcud imkanları İsrailin xaricdəki obyektlərinə hücum etmək iqtidarında deyil:

“Çünki İsrailin hərbi obyektləri və diplomatik korpuslarının əksəriyyəti ya Avropa, ya da ABŞ-dədir. Son çıxış yolu isə birbaşa hücumdur. Buna isə İranın cəsarəti çatmır. Çünki nəticələrinin ağır olacağından xəbərdardır. Nəticədə İsrail illərdir ABŞ-nin kütləvi hücumu nəticəsi sayəsində can atdığı məqsədinə çatacaq. Hazırki mövcud vəziyyət bir müddət davam edəcək, yəni İsrailin İrana qarşı praktiki addımları həyata keçəcək, İranın isə vədləri gerçəkləşməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv