!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə yeni SAVAŞ TEATRI: “ABŞ və İsrailin İrana bağlı qruplaşmalara qarşı...”

!Reklam – Yazi

“Baş verənlərin iki ölkə arasında böyük müharibəyə gətirib çıxaracağını düşünmürəm”.

Bu fikirləri İranın İraq və Suriya əraizlərinə, o cümlədən, ABŞ-ın həmin ölkələrdəki hərbi bazalarına raket zərbələri endirməsinin doğuracağı mümkün nəticələri dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, bu gərginliyin tərəfləri olan ölkələr münaqişənin böyüməsindən yayınmaq üçün hələ ki ehtiyatlı açıqlamalarla kifayətlənirlər:

“İran qüvvələrinin İraq və Suriyadakı hərbi düşərgələri raket atəşinə tutmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Səbəblərdən biri budur ki, hələ 2022-ci ildə İranda başlayan etiraz aksiyalarının episentri İranın qrəbində kürdlərin çox yaşadığı bölgə idi.

İran hesab edirdi ki, bu aksiyaların arxasında İraqda fəaliyyət göstərən kürd partiyaları dayanır və onlar ölkənin daxilndə separtizmi alovlandırırlar. İranın raket zərbələri nəticəsində özəl hərbi şirkəti olan bir biznesmen də öldürülüb. Onu Yaxın Şərqin “Priqojini” də adlandırırdılar.

Görünür, İran dəqiq zərbə ilə onu aradan qaldırmağı düşünüb. İraq Tehrandan öz səfirini geri çağırıb. Hər halda, burada söhbət İraqın suveren ərazilərinin vurulmasından gedir. Ancaq bu baş verənlərin iki ölkə arasında böyük müharibəyə gətirib çıxaracağını düşünmürəm.

Çünki ABŞ da yaşananlardan sonra ehtiyatlı mövqe bildirdi. Bundan sonra assimetrik müharibənin başlayacağı ehtimalı yüksəkdir və bu çərçivədə Tehran rejiminin antiiran hərbi birliklərinin düşüərgələrini bombalayacağını gözləımək olar. Eyni zamanda, ABŞ və İsrailin də İrana bağlı qruplaşmalara qarşı fəaliyyəti gücləndirəcək. Yəni qarşıdurma bir müddət bu şəkildə davam edəcək.

Belə anlaşılır ki, ABŞ və İsrail öncə İranın proksi qüvvələrini zərərsizləşdirib, daha sonra İran sərhədinə çıxmaq istəyirlər ki, o ölkə də böyük müharibəyə cəlb olunsun. Ancaq hələ ki böyük müharibə olmasın deyə, ehtiyatlı addımlar atılır. Bununla belə, ani bir qığılcım da böyük müharibəyə gətirib çıxara bilər. Hər zaman olduğu kimi, Qərb İranı ilk növbədə daxildən zəiflətməyə çalışır”.

Səxavət Məmməd

www.yenicag.az

2128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv