Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaxın tarixin izi ilə: “Aprel döyüşləri”ndə “S-300”lərin göstərə bilmədiyi qəhrəmanlıq

Reklam: High Technic

Dünya savaşdan ibarət deyil, amma dünyanın düzəni savaşlarla dayişib, formalaşıb, ya da əksinə müharibələr dünyaya dağıntılar gətirib.

Yenicag.az olaraq Aprel döyüşlərinin bilinməyən tərəflərini, pərdəarxasında qalan qəhrəmanlıqlarını qələmə almağı özümüzə borc bildik.

1994-cü ildə bağlanmış atəşkəs rejimi 2014-cü ildə baş vermiş və “Avqust döyüşləri” kimi xatırlanan əməliyyatlar zamanı pozuldu. Buna qədər də cəbhədə müəyyən qarşıdurmalar yaşansa da, bu, 1994-cü ildən sonra ən böyük qarşıdurma idi. Lakin ön xətdə erməni təxribatı bununla da yekunlaşmadı. Qarşı tərəf hər gün müxtəlif istiqamətlərdən atəşkəs rejimini pozmağa davam edirdi. Bütün bunların fonunda 2016-cı ilin mart ayının sonlarında düşmən tərəfin başlatdığı atəşkəs rejminin pozulması halları aprelin 1-dən 2-nə keçən gecə “Avqust döyüşləri”ndən də böyük lokal əməliyyatlarla əvəzləndi. Qısa zamanda Azərbaycan tərəfi özünümüdafiə tədbirləri ilə qarşı tərəfin təxribatlarının qarşısını ala bildi. Düşmən ordusu hərbi və fiziki hazırlığının kifayət etməyəcəyini görüb dəstək qüvvələrlə heyətini gücləndirdi. Hətta əməliyyatlar o qədər böyüdü ki, artıq raketlərin havalandırılması riskləri yaranırdı.

Düşmən hər zaman Mingəçevir su anbarını açıq hədəf kimi təhdid obyektinə çevirib. Dəfələrlə düşmənin yüksək çinli məmurları Mingəçevir su anbarı və cəbhəyə yaxın digər strateleji obyektləri vurmaq barədə açıq təhdidlər edib.

“Aprel döyüşləri”ndə də belə oldu. Ərazidəki bütün mühüm strateji obyektlərin, o cümlədən Mingəçevir su anbarının vurulması ehtimalı diqqətdə saxlanılırdı. Belə olan halda bütün bu obyektləri yalnız və yalnız bir vasitə – havadan müdafiə sistemləri qoruya bilərdi. “S-300”lərin döyüşlərə qatılması qaçılmaz və labüd bir addıma çevrilirdi. Azərbaycan ordusu isə artıq mexanizma və idarəetmə olaraq çox çətin bir sistemə malik hərbi vasitə olan “S-300”lərin nəinki idarəetmə və döyüş əməliyyatlarını yerinə yetirəcək personalını yetişdirmiş, hətta onun texniki baxışını da özü edəcək qədər formalaşdırmışdı.

Əməliyyatların daha da genişləndiyi bir zamanda “S-300”lər müdafiə üçün uyğun nöqtələrə yerləşdirildi. Havadan müdafiə sistemləri quruldu və hazır vəziyyətə gətirildi. Azərbaycan ordusu ölkə sərhədlərini və Mingəçevir su anbarı başda olmaqla bütün strateleji obyektlərini hava hücumlarından qorumaq üçün hazır vəziyyətdə idi. Artıq düşmənin istənilən raket kompleksi, o cümlədən “İsgəndər” raketləri belə havalandığı zaman anında məhv ediləcəkdi. Ordu sayıq, S-300-lər hazır idi.

Düşmən tərəfinin Azərbaycan ordusunu raketlərlə vuracağı gözlənilsə də, bu, baş vermədi. Səbəb isə çox sadədir: pusquda ölkəni müdafiə etmək üçün hazır vəziyyətdə dayanan “S-300”lər… Düşmən tərəfin orduya xərcləmək üçün büdcə formalaşdıra bilmədiyi bir zamanda milyonlarla dollar qiymətində raketləri boş yerə havaya buraxması sadəcə axmaqlıq olardı. Odur ki, qarşı tərəf raketlərini havalandıra, “S-300”lər də gücünü, qəhrəmanlığını sərgiləyə bilmədi.

“S-300”lər havadan müdafiə sistemi qurğusudur. Göydə hərəkət edən istənilən obyekti məhv etmək qabiliyyətinə malikdir. Düzdür, “S-300”lərdən sonra, yeni nəsil “S-400” müdafiə sistemləri istehsal olunsa da, bu iki nəsil havadan müdafiə sistemləri arasında müəyyən xırda fərqlər mövcuddur. Başqa sözlə, “S-400”lər öncəki nəslin bir qədər təkmilləşdirilmiş formasıdır. Azərbaycan ordusunun düşməninin hərbi gücünü nəzərə alsaq, “S-300”lər hər zaman ölkənin havadan müdafiəsini maksimum şəkildə həyata keçirə biləcək bir silahdır.

Müharibədə-ön cəbhədə “S-300”lərin sükanı arxasında Vətəni müdafiə etməyə çalışan bir zabitin sözlərindən…

Həşim Səhrablı

www.yenicag.az

4918
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100