!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yay fəsli ilə kirayə qiymətlərində azalma müşahidə ediləcəkmi? - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, artıq yay fəsli gəlib. Bakıda təhsil alan tələbələrin çoxu rayonlara üz tutacaq. Bəs bu səbəblə kirayə qiymətlərində azalma müşahidə ediləcəkmi? Ümumiyyətlə, yay aylarında kirayə qiymətləri necə olur?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, iyun və iyul aylarında ucuzlaşma ola bilər:

“Vətəndaşlar və tələbələr həmin aylarda rayonlara qayıdır. Həmin ərəfədə əmlak bazarında kirayə qiymətləri ucuzlaşır. Çünki seçimlər artır. Lakin ciddi təsirlər olmur. Qiymətlərdə 5-10 faiz aralığında azalma ola bilər. Həmişə belə olur. Amma avqustun ortalarından sonra kəskin artımlar olur. Məsələn, iyun və iyul aylarında 5-10 faiz ucuzlaşma olursa, avqust ayında qiymətlər əvvəlkindən də qat-qat baha olur. Baxaq görək, bu il də bazar öz sözünü deyəcəkmi? Keçən il vəziyyət acınacaqlı idi. Rusiya-Ukranya müharibəsinə görə paytaxta gələnlər çox idi. Amma bu il vəziyyət bir az yüngüldür”.

Şahanə Paşa

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv