!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayın gəlişi ilə artan mövsümi allergiya: Bunun qarşısını necə almaq olar? - ARAŞDIRMA

!Reklam – Yazi

Bildiyimiz kimi, hər mövsüm dəyişəndə nisbətən həssas, allergiyaya meyilli olan insanlarda fərqli reaksiyalar baş verir. Lakin isti fəsillərə keçid etdikdə bu hallar daha da artır.

Bəs bunun qarşısını necə almaq olar? Qarşıdan gələn yay fəslində bizi nələr gözləyir?

Yenicag.az bildirir ki, allergik reaksiyalardan qorunmaq üçün müəyyən nüanslara diqqət edilməlidir.

Yay mövsümündə yeməklərin köhnəlməsi prosesi daha tez baş verir. Buna görə də təzə və sağlam qidalanmağa üstünlük vermək lazımdır.

Həmçinin yeyilən qidalarda hansı inqridientlərin istifadə edildiyinə nəzarət olunmalıdır. Qıcıqlanma verən, çox acı və duzlu yeməklərdən uzaq durmaq lazımdır.

Ev heyvanları hər nə qədər bizim balaca dostlarımız olsa da, onların tükləri allergik reaksiyalara səbəb ola bilər. Ev heyvanı saxlayan şəxslər bacardıqları qədər məsafə saxlamalıdırlar, ya da allergiyaya qarşı preparatlar qəbul etməlidirlər.

Yataq örtükləri tez-tez dəyişdirilməlidir. Xüsusilə də yay aylarında hər 2 həftədən bir buna əməl etmək lazımdır.

Çox günəşli havalarda çölə çıxmaq da allergiyanın tüğyan etməsinə səbəb olur. Çalışmaq lazımdır ki, ya səhər, ya da axşam saatlarında gəzintiyə çıxılsın.

Əgər bütün bunlara baxmayaraq alergik hal artırsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki bunun səbəbi mövsümə bağlı allergiya yox, ümumi allergik problemlər də ola bilər.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv