!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

!Reklam – Yazi

2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Yenicag.az-a verilən məlumata görə, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib.

Məlumata görə, onlardan 504 nəfərin müraciəti natamam olub, 365 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv