!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yazıçı Varis nəyi “KÖKÜNDƏN YANLIŞ” ADLANDIRDI? - FOTOLAR

!Reklam – Yazi

“Bütün dərsliklərdə, fəlsəfi təlimlərdə deyirlər ki, insan dünyaya gələndə ağ vərəqdir, valideynlərin, məktəb, dostların, mühit, həyat səni yazır. bu fikir kökündən yanlışdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Çölçü Obasında rejissor Eltən Törəçinin aparıcısı olduğu, “Çöldə yaşam öyüdləri” verilişində yazıçı, əməkdar jurnalist Varis Yolçuyev deyib.

Niyə orta məktəbdə hamı ona “Məşhur Varis” deyirdi?

Uşaq yaşlarından qarşısına böyük hədəflər qoyan yazçı Varis Yolçuyev kim olmaq istəyirdi?

Çölçü Obasında özünü Oğuz boylarının tamğaları arasında qədim Türk yurdunda hiss edən yazıçı, valideynlərindən, orta məktəb müəllimlərindən aldığı öyüdlərdən danışaraq, BDU-da oxuduğu illərdə Milli Azadlıq Hərakatına qatılmasını və bu vaxt başı üzərində qaldırdığı 3 rəngli Azərbaycan bayrağını ona anasının tikdiyini xatırlayıb.

Bəs uşaq yaşlarından yazıçılığa marağı olan Varis Yolçuyev necə jurnalist oldu? Yazıçı Varis Yolçuyevə Azərbaycanda yazıçı kimi ilk uğuru qazandıran “Sonuncu ölən ümidlərdir” kitabının hansı uğur hekayəsi var?

Çölçü Obasında Eltən Törəçi ilə Türk oxçuluğu bacarıqlarını sınayan yazıçı uğur qazanmağın 4 önəmli düsturunu açıqlayıb.

Xatırladaq ki, Qubada Çölçü Obasında çəkilən “Çöldə yaşam öyüdləri” verilişi Qafqaz TV tərəfindən  hazırlanır və Qafqaz TV-dən başqa ölkənin bir neçə efir məkanında yayımlanır.

“Çöldə yaşam öyüdləri” verilişində rejissor Eltən Törəçi ilə yazıçı Varis Yolçuyevin söhbətinə  aşağıdakı linkdə keçid edərək izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=pvDP3bu3jho&t=2282s

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv