!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeddi min illik mumiyalar: Avropanın "bataqlıq cəsədləri"nin sirri

!Reklam – Yazi

Alimlər Avropanın 266 bölgəsində 1000-dən çox cəsəd aşkarlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, aşkarlanan cəsədlərin əksəriyyətinin ritual qurbanı olduğu məlum olub.

“Bataqlıq cəsədləri” olaraq ifadə edilən torf bataqlıqlarında aşkarlanan mumyalanmış cəsədlərin bir çoxunda zorakılıq əlamətləri müəyyən edilib.

Meyitlərə baxış zamanı başdan zərbə, kəsiklər və ya bıçaq yaraları, asılma və ya boğulma xəsarətləri aşkar edilib.

1984-cü il İngiltərədə aparılan qazıntı işləri zamanı Lindou Adam adlı şəxsin cəsədi tapılıb.

Ən yaxşı halda qaldığı bildirilən bu cəsədə baxış zamanı onun fərqli üz cizgilərinə, hətta saç və saqqala malik olduğu ortaya çıxıb. Qalıqların tədqiqi onun təxminən 20 yaşında, orta boylu, sağlam bədənə sahib olduğunu və təxminən 2000 il əvvəl yaşadığını göstərib. Ətraflı müayinə nəticəsində onun bağırsaq parazitlərindən əziyyət çəkdiyi və son yeməyinin mayasız çörək olduğu da məlum olub.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv